BAYRAQDAR MEDİA – Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə Kars Muzeyi rəhbərliyi və Ardahan Universitetinin Arxeologiya kafedrasının müəllimi Dr. Ayşegül Akın Arasın elmi rəhbərliyi altında Göle rayonundakı Tigem qalasında arxeoloji qazıntılar başlanıb.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, ilk tapıntılar göstərir ki, qala Son Tunc–Erkən Dəmir dövründə inşa olunub və Son Dəmir dövründə də məskunlaşıb: “Qalanın güclü müdafiə divarları və daxili quruluşu onu bölgənin tarixi və mədəni keçmişini öyrənmək üçün mühüm obyektə çevirir. Qazıntılar Ardahan Valiliyi, Universitet, Göle Rayon İcra Hakimiyyəti və Bələdiyyəsinin dəstəyi ilə aparılır”.





