BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universitetində tədris dövrünün başlanması ilə əlaqədar tələbə yataqxanalarında qida təhlükəsizliyi və istehlakçı sağlamlığının qorunması məqsədilə Kredit və Yataqxanalar Qurumu (KYK) tabeliyindəki yeməkxanalarda eyni vaxtda yoxlamalar aparılıb.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, axşam yeməyinin paylanması saatı – 18:00-dan 20:30-a qədər – Çanakkalenin mərkəzi rayonundakı 8 yataqxana yeməkxanası nəzarətçilər tərəfindən paralel şəkildə yoxlanılıb: “Yoxlamalarda gigiyena qaydaları, qida təhlükəsizliyi, saxlanma şəraiti və son istifadə tarixləri diqqətlə araşdırılıb. Bildirilib ki, tələbələrin sağlam qidaya çıxışını təmin etmək məqsədilə bu cür yoxlamalar fasiləsiz və diqqətlə davam etdiriləcək”.
Nəzarətçilər, aşkarlanan hər hansı problem barədə məlumat vermək üçün “174 ALO QIDA XƏTTİ”nin 7/24 fəaliyyət göstərdiyini tələbələrə xatırladıblar.





