Press "Enter" to skip to content

Professordan nümunəvi addım

Prof.Dr. Süreyya Yonca Sezer professorluq cübbəsini anasına geyindirib

BAYRAQDAR MEDİA – Tunceli Munzur Universitetinin 2025–2026-cı tədris ilinə aid açılış mərasimi universitetin konqres zalında keçirilib. Tədbirdə İstanbul Texniki Universitetinin rektoru və TÜBİTAK-ın keçmiş sədri Prof.Dr. Hasan Mandal yeni tədris ilinin ilk dərsini təqdim edib.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, tədbirin ən duyğulu anı İdman Elmləri fakültəsinin müəllimi Prof.Dr. Süreyya Yonca Sezerin davranışı olub: “Dosentlikdən professorluğa yüksələn S.Y.Sezer səhnəyə anası ilə çıxaraq professorluq cübbəsini anasına geyindirib. Bu jest zalda uzun sürən alqışlarla qarşılanıb və “əmək verən analara ən gözəl təşəkkür” kimi qiymətləndirilib”.

Məlumatda deyilir ki, Munzur Universitetinin yeni akademik ilinə mənəvi dəyər qatan bu hadisə universitet ictimaiyyətində “elmlə, sevgi və vəfa ilə yüksəlişin simvolu” kimi yadda qalıb.

Mission News Theme by Compete Themes.