BAYRAQDAR MEDİA – Türkiyənin Yaşılay təşkilatının Ardahan şöbəsinin sədri Tolqay Gökdemir gənclər arasında asılılıqlara qarşı mübarizə sahəsində maarifləndirmə fəaliyyətlərini davam etdirir.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, şöbə sədri və Gənc Yaşılay Klubunun üzvləri universitet kampusunda stend açaraq tələbələrə təşkilatın fəaliyyəti və Yaşılay Məsləhət Mərkəzinin (YEDAM) işi barədə məlumat veriblər: “T.Gökdemir tələbələrə maarifləndirici materiallar paylayıb, onların suallarını cavablandırıb və könüllü olmaq istəyən gənclərə könüllülük prosesi barədə məlumat verib”.
Yaşılay Ardahan şöbəsi gənclərin sağlam və asılılıqlardan uzaq həyat sürməsi üçün tədbirlərini fasiləsiz davam etdirir.





