Daha 20 ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.
Bu barədə nazirlikdən məlumat verilib.
Məlumata görə, bu dəfə Ağdərə, Cəbrayıl, Laçın və Zəngilan rayonlarında daha bir qrup ailəyə proqram çərçivəsində mal və materiallar təqdim edilib: “Verilmiş aktivlər hesabına onlar kişi bərbərxanası, avtoçilingər, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəllik salonu, qoyunçuluq, keçiçilik, arıçılıq və s. istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar. Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər”.
Məlumatda qeyd edilib ki, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 500-ə yaxın şəxs özünüməşğulluq proqramı çərçivəsində öz kiçik ailə təsərrüfatlarını qurub.





