Press "Enter" to skip to content

Azərbaycanlı fəallar Təbriz məhkəməsinə çağırılıb

Azərbaycanlı fəallar Təbriz məhkəməsinə çağırılıb

BAYRAQDAR MEDİA – İranın məhkəmə orqanları, təhlükəsizlik qurumlarının təzyiqi altında, Azərbaycan milli hərəkatının bir qrup fəalına qarşı məhkəmə çağırışı göndərib. Bu addım, azərbaycanlı milli fəallar arasında qorxu və təzyiq mühiti yaratmaq cəhdi kimi qiymətləndirilir.

Xəbəri “ArazNews” Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, “Araz News-un “Demokratlar” mənbəsinə istinadən verdiyi məlumata görə, çağırış alanlar arasında Vahid Əbhəri, Cavid Nəzmi, Sima Əlipur, Nima Radməneş, Hüseyn İsmayili Salar Tahir Əfşar da var. Onlara qarşı “İslam Respublikası rejiminə qarşı təbliğat”, “ictimai rəyi çaşdırmaq” və “dövlət sənədlərini saxtalaşdırmaq” kimi ittihamlar irəli sürülüb. Mənbələrin sözlərinə görə, bu ittihamları təsdiqləyən heç bir dəlil və ya sənəd təqdim edilməyib”.

Qeyd edilib ki, “Salar Tahir Əfşar uzunmüddətli təkadamlıq həbsdə və işgəncələr altında saxlandıqdan sonra hazırda Tehran Evin həbsxanasında beş illik cəzasını çəkir”.

Mission News Theme by Compete Themes.