Press "Enter" to skip to content

Balqabaq Festivalı rəngarəng mənzərələrə səhnə olub

Festival zamanı

BAYRAQDAR MEDİA – Türkiyənin Bilecik vilayətində “Kızıldamlar Şabalıd Balqabağı Festivalı”nın səkkizincisi keçirilib.

Bu barədə bilecikhaber.com.tr saytı məlumat verib.

Məlumata görə, Kızıldamlar kəndində keçirilən festivala Bilecik valisi Faik Oktay Sözer, Bilecik bələdiyyə sədri Melek Mızrak Subaşı, Respublika Baş prokuroru Burak Olgun, Vilayət Məclisinin sədri Ramazan Kurtulmuş, idarə rəhbərləri, siyasi partiya və QHT təmsilçiləri, eləcə də çoxsaylı sakinlər qatılıblar: “Rəngli və əyləncəli görüntülərlə yadda qalan festivalda çıxış edən vali Faik Oktay Sözer bildirib ki, Kızıldamlar kəndində yetişdirilən balqabaq artıq Bilecikin brendinə çevrilib. O, səkkiz ildir keçirilən bu tədbirin həm də mədəni birliyi gücləndirən önəmli bir tədbir olduğunu vurğulayıb”

Məlumatda deyilir ki, hazırda Bilecikdə 600 dekar məhsuldar torpaqda hər il orta hesabla 1300 ton şabalıd balqabağı yetişdirilir: “Bu rəqəm sadəcə bir kənd təsərrüfatı göstəricisi deyil, həm də zəhmətin və əməyin bariz sübutudur. Şabalıd balqabağı artıq yalnız Kızıldamlar kəndinin məhsulu olmaqdan çıxaraq, həm kəndin simvoluna, həm də Bilecikin markasına çevrilib.

Bu il səkkizincisi keçirilən festival həm kənd təsərrüfatı istehsalını təşviq edən, həm də mədəni birliyimizi gücləndirən mənalı bir tədbirdir.”

Festival çərçivəsində xalq oyunları maraqla izlənilib, balqabaq soyma yarışması isə hər zamankı kimi rəngli və əyləncəli görüntülərlə müşayiət olunub. Tədbir iştirakçılara təqdim edilən müxtəlif ikramlarla yekunlaşıb.

Mission News Theme by Compete Themes.