Press "Enter" to skip to content

Dədə Qorqudun adını daşıyan yeni ibtidai məktəb

Açılışdan xatirə fotosu

BAYRAQDAR MEDİA – Eskişehirin Zincirlikuyu məhəlləsində dövlət vəsaiti hesabına inşa edilən Dədə Qorqud ibtidai məktəbi və Şerifə Bacı xüsusi təhsil uşaq bağçası rəsmi mərasimlə istifadəyə verilib.

Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.

Məlumata görə, açılışda çıxış edən vali Hüseyin Aksoy bölgədəki əhali artımına diqqət çəkərək deyib: “Yeni inkişaf edən bu ərazidə məktəbə ehtiyac yaranmışdı. Təhsil mühitinin yaxşılaşdırılması və məktəblərimizin fiziki şəraitinin gücləndirilməsi istiqamətində işlərimizi davam etdiririk.”
İl Milli Təhsil Müdiri Sinan Aydın isə bildirib ki, “hər iki məktəb artan təhsil tələbatını ödəmək məqsədilə dövlət vəsaiti hesabına inşa olunub. Dədə Qorqud ibtidai məktəbi 24, Şerifə Bacı xüsusi təhsil uşaq bağçası isə 12 sinif otağı ilə fəaliyyət göstərəcək.”

Mission News Theme by Compete Themes.