Press "Enter" to skip to content

Kamal Abdullaya ad günü sürprizi

Kamal Abdullaya mənalı doğum günü sürprizi edilib

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Iğdır Universitetinin ev sahibliyi ilə keçirilən “Beynəlxalq Dədə Qorqud Konfransı” zamanı Azərbaycan Dillər Universitetinin rektoru professor Kamal Abdullaya mənalı doğum günü sürprizi edilib.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, konfransda Dədə Qorqudun mədəni və ədəbi irsinə həsr olunmuş çıxışlar zamanı 75 illik yubileyi münasibətilə professor Kamal Abdulla üçün tort kəsilib: “Sürpriz mərasimdə Iğdır valisi Ercan Turan, Iğdır Universitetinin rektoru Ekrem Gürel, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Evi rəhbəri Ziya Zakir Acar və Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev iştirak ediblər. Professor Kamal Abdulla, Dədə Qorqud irsi üzərində apardığı dərin tədqiqatları və əsərləri ilə türk dünyasının ortaq ədəbiyyat xəzinəsinə mühüm töhfələr vermiş alim kimi tanınır”.

Mission News Theme by Compete Themes.