“Sabahın şorbası” aksiyası 13 oktyabrda yenidən başlayır
BAYRAQDAR MEDİA -Eskişehir Böyükşəhər Bələdiyyə sədri Ayşe Ünlücənin gənclər üçün başlatdığı “Sabahın şorbası” layihəsi bu il də davam etdiriləcək.
Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.
Məlumata görə, 2024-cü ildə böyük maraq doğuran layihə çərçivəsində səhər saatlarında tələbələrə pulsuz şorba paylanacaq: “Bu il “Sabahın şorbası” aksiyası iki məkanda – Osmangazi Universiteti tramvay dayanacağı və Anadolu Universitetinin Açıqöyrətim Fakültəsi qarşısında təşkil olunacaq”.





