Press "Enter" to skip to content

Prezident təqaüdünə layiq görülmüş BDU tələbələri ilə görüş

Prezident təqaüdünə layiq görülmüş BDU tələbələri ilə görüş

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2025/2026-cü tədris ilində Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “rektor tələbələri BDU ailəsinin üzvü olmaqları və qəbul imtahanlarında topladıqları yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmələri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb: “Prezident təqaüdünə layiq görülən 102 nəfərdən biri olmaq böyük qürurdur. Bu, sizin həyatda qazanacağınız uğurların başlanğıcıdır. Siz zəhmət və əziyyətiniz bahasına bu yüksək adı qazanmısınız, onu davamlı etmək sizin öz əlinizdədir. Əminəm ki, sizin hər biriniz yaxşı təhsil alacaq, peşəkar mütəxəssis kimi yetişəcək, ölkəmizə fayda verəcəksiniz””.

E.Babayev Universitetin məzunlarının Azərbaycanı dünyada layiqincə təmsil etdiklərini, BDU-nun ən böyük məzununun Ümummilli Lider Heydər Əliyev olduğunu bildirib. O, tələbələrə tək tədrisdə deyil, BDU-nun sosial və ictimai həyatında da aktiv iştirak etməyi tövsiyə edib.

Qeyd edək ki, 2025/2026-cı tədris ilində Prezident təqaüdünə layiq görülən gənclərdən 16-sı BDU tələbəsidir.

Mission News Theme by Compete Themes.