Press "Enter" to skip to content

Rektor akademik ilin açılış mərasimində

Mərasimdən görüntü

BAYRAQDAR MEDİA – Ardahan Universitetinin rektoru, professor Öztürk Emiroğlu, Prezident Sarayında keçirilən 2025–2026-cı tədris ili üçün Ali Təhsil Akademik İlinin Açılış Mərasimində iştirak edib.

Bu barədə univeristetdən məlumat verilib.

Məlumata görə, Türkiyə Cümhurbaşqanı və AK Parti sədri Recep Tayyip Erdoğanın iştirakı ilə keçirilən mərasim, Ali Təhsil Şurası (YÖK) tərəfindən Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində təşkil olunub: “Tədbirdə Ardahan Universitetinin rektoru Prof.Dr. Öztürk Emiroğlu ilə yanaşı univeristetin akademik heyətinin üzvləri – Prof.Dr. Ahmet Atalay, Dos.Dr. Tayfun Yıldız, müəllim Nurgül Moldalieva Orozobayev, eləcə də tələbələr Cengiz Kaya, Esra Küçükkaya, Bahar Ayçiçek və Lemanur Karabut da iştirak ediblər.

Rektor Öztürk Emiroğlu Cümhurbaşqanı R.T.Erdoğanın ali təhsildə keyfiyyət, rəqəmsallaşma və beynəlmiləlləşmə vurğularının universitetin məqsədləri ilə üst-üstə düşdüyünü bildirib və yeni akademik ilin bütün ali təhsil ictimaiyyəti üçün uğurlu olmasını arzulayıb.

Mission News Theme by Compete Themes.