Press "Enter" to skip to content

Türkiyə və Azərbaycan nümayəndə heyəti Melekli Ata Ocağında

Ziyarət zamanı

BAYRAQDAR MEDİA – Iğdır Universitetinin rektoru professor Ekrem Gürel, Türkiyə və Azərbaycan nümayəndə heyəti ilə birlikdə Melekli qəsəbəsində yerləşən Ata Ocağını ziyarət edib.

Bu barədə univeristetdən məlumat verilib.

Məlumata görə, Iğdır Universitetinin ev sahibliyi ilə keçirilən “Beynəlxalq Dədə Qorqud Konfransı” çərçivəsində reallaşan ziyarətdə Türkiyə və Azərbaycandan gələn alimlər və universitet rəhbərləri iştirak ediblər: “Ziyarətdə Azərbaycan Dillər Universitetinin rektoru professor Kamal Abdulla, Naxçıvan Dövlət Universitetinin rektoru professor Elbrus İsayev, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, eləcə də akademiklər və universitet rəhbərləri iştirak ediblər. Heyət Ata Ocağının tarixi, mənəvi əhəmiyyəti və bölgədə görülən mədəni fəaliyyətlər haqqında məlumat alıb. Görüşlərdə türk dünyasının ortaq mədəni irsi və Dədə Qorqudun birləşdirici rolu müzakirə olunub”.

Ziyarət xatirə fotosu çəkilişi ilə başa çatıb.

Mission News Theme by Compete Themes.