Press "Enter" to skip to content

Türkmənistan nümayəndə heyəti ilə görüş

Türkmənistan nümayəndə heyəti ilə görüş

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu münasibətlə Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimovun rəhbərliyi ilə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycanda səfərdədir. Oktyabrın 13-də Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş olub”.

Qonaqları salamlayan nazir Adil Kərimli Azərbaycanda Türkmənistanın Mədəniyyət Günləri münasibətilə təbriklərini çatdırıb.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.