Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə poçt markası buraxılıb
BAYRAQDAR MEDİA – Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə poçt markası buraxılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya ADY-dən məlumat verilib.
Məlumata görə, markanın üzərində yük qatarı təsvir edilib: “Poçt markasının əsas ideyası “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyət istiqamətlərindən olan yükdaşımanın ölkə və regionun iqtisadi inkişafına, beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin nəqlinə töhfəsini vurğulamaqdır”.
Marka 4 min tirajla çap olunub.





