Press "Enter" to skip to content

Görüntülər dəhşət doğurur-VİDEO

Quraqlıq

BAYRAQDAR MEDİA – Bursa Ovasındakı kənd təsərrüfatı sahələrinə 1938-ci ildən bəri su təmin edən Kestel rayonundakı Gölbaşı su anbarı ilə Demirtaş məhəlləsindəki Demirtaş su anbarı quraqlığın təsirindən tamamilə quruma təhlükəsi ilə üzləşib. Hər iki su anbarında səviyyə kəskin şəkildə azalıb, səthdə dərin çatlar əmələ gəlib.

Bu barədə bilecikhaber.com.tr saytının məlumatında qeyd edilib.

Məlumatda deyilir: “1933-cü ildə inşasına başlanılan və 1938-ci ildə tamamlanan Gölbaşı su anbarı uzun illərdir ovadakı yüksək məhsuldar torpaqların əsas su mənbəyi kimi fəaliyyət göstərir. 320 min kubmetr gövdə həcminə malik bu anbar 2100 hektar ərazinin suvarılmasında istifadə olunur. Buradan coğrafi göstərici ilə qeydiyyata alınmış deveci və Santa Maria armudu, Bursa şaftalısı, qara incir və Napolyon albalısı kimi məhsullarla yanaşı, müxtəlif tərəvəz növləri də suvarılır”.

Qeyd edilir ki, anbar Uludağ dağından gələn qar suları ilə qidalanır: “Lakin yerli sakinlər son illərdə oxşar mənzərələrin müşahidə olunduğunu, bu il isə quraqlığın çox ciddi səviyyəyə çatdığını bildiriblər və 2025–2026-cı illər mövsümü üçün bol qar və yağış diləklərini ifadə ediblər. Osmangazi rayonundakı Demirtaş su anbarında da vəziyyət eynidir. Bu anbar Demirtaş, Ovakça, İsmetiye, Karabalçık kimi bölgələrdəki bir çox kənd təsərrüfatı sahələrinin, xüsusilə Karaincir bağlarının su tələbatını ödəyir. Lakin son illərin davamlı quraqlığı Demirtaşda da su səviyyəsini kritik həddə salıb”.

Məlumatda o da qeyd edilir ki, “dronla çəkilən görüntülərdən aydın olub ki, hər iki göldə suyun böyük hissəsi çəkilib, bəzi yerlərdə geri çəkilmə 300 metrə çatıb, torpaq qatında dərin çatlar yaranıb. Fermerlər məhsuldarlığın azalacağından narahatdırlar və dövlət orqanlarından təcili tədbirlər görülməsini tələb edirlər. Sakinlər, həmçinin hər iki su anbarında təmizlik və bərpa işlərinin aparılmasını istəyiblər”.

Mission News Theme by Compete Themes.