Press "Enter" to skip to content

Hərbi Tibb Fakültəsində NATO proqramı çərçivəsində kurs

Təlim zamanı

BAYRAQDAR MEDİA – Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində “Tibb sahəsində ingilis dili” mövzusunda kursun birinci modulu keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, DEEP-in Bolqarıstandan olan nümayəndə heyətinin iştirakı ilə keçirilən kursda dinləyicilərə mövzu ilə bağlı brifinqlər təqdim edilir: “Tədbirin əsas məqsədi beynəlxalq təcrübələrdən faydalanmaqla iştirakçıların ixtisas hazırlıqlarını yüksəltməkdir. Qeyd edək ki, sözügedən kurs oktyabrın 18-dək davam edəcək”.

Mission News Theme by Compete Themes.