BAYRAQDAR MEDİA – “Euronews” telekanalında Azərbaycanın KOB ekosistemi, KOB-lara dəstək məqsədilə tətbiq edilən innovativ dövlət dəstəyi mexanizmləri barədə süjet yayımlanıb.
Bu barədə KOBİA-dan məlumat verilib.
Məlumata görə, video materialda Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi KOB-ların inkişafına xüsusi önəm verildiyi qeyd edilir, bu sahədə KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətindən bəhs olunur: “Süjetdə biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, onlara asan və rahat çıxışın təmin olunmasında KOB evi modeli xüsusi olaraq vurğulanır. Materialda həmçinin KOBİA-nın bazarlara çıxış və satış imkanlarının artırılması və digər dəstək mexanizmlərindən yararlanmış qadın sahibkarın fikirlərinə və uğur hekayəsinə yer verilib”.





