Press "Enter" to skip to content

Millət vəkili akademik heyəti qəbul edib

Qəbuldan xatirə fotosu

BAYRAQDAR MEDİA – AK Parti Ardahan millət vəkili Kaan Koç, 2025–2026-cı tədris ilinin açılış mərasimi üçün Ankarada olan Ardahan Universitetinin nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisində qəbul edib.

Bu barədə univeristetdən məlumat verilib.

Məlumata görə, qonaqlar arasında rektor professor Öztürk Emiroğlu, universitetin akademikləri professor Ahmet Atalay, dosent Tayfun Yıldız, doktor müəllim Nurgül Moldalieva Orozobayev və tələbələr yer alıblar.
Deputat Kaan Koç görüşdən məmnunluğunu ifadə edərək deyib:“Ardahanımızın inkişafına töhfə verən akademik camiəmizlə bir araya gəlməkdən böyük qürur duyuram. Gələcəyimizi əmanət etdiyimiz gənclərimizi və onları yetişdirən dəyərli müəllimlərimizi Gazi Məclisimizdə qəbul etmək bizim üçün şərəfdir.”

Mission News Theme by Compete Themes.