BAYRAQDAR MEDİA – Türkiyənin Süleyman Dəmirəl Universitetinin ev sahibliyi ilə NASA tərəfindən hər il eyni vaxtda dünyanın müxtəlif ölkələrində keçirilən “NASA Space Apps Challenge 2025” tədbiri reallaşıb.
Bu barədə univeristetdən məlumat verilib.
Məlumata görə, tədbir Mühəndislik və Təbii Elmlər Fakültəsində təşkil olunub: “Tələbələr 2–6 nəfərlik komandalar şəklində kosmos, iqlim dəyişikliyi, süni intellekt, məlumat elmi və Yer müşahidəsi kimi mövzularda real problemlərə innovativ həllər təqdim ediblər. Komandalar NASA-nın açıq məlumat bazalarından istifadə edərək 48 saat ərzində yaradıcı layihələr hazırlayıblar. Qaliblər NASA-nın beynəlxalq qiymətləndirməsinə təqdim edilərək qlobal səviyyədə tanınmaq imkanı əldə ediblər”.





