Press "Enter" to skip to content

Növbəti köç karvanı Şuşakəndə çatıb

Növbəti köç karvanı Şuşakəndə çatıb

BAYRAQDAR MEDİA – Oktyabrın 14-də doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Şuşakənd kəndinə çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “bu mərhələdə köçürülən 116 nəfərdən ibarət 27 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, sözügedən Komitənin rəsmiləri iştirak ediblər. Şuşakənd kəndində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib”.

Mission News Theme by Compete Themes.