Press "Enter" to skip to content

TDT ölkələrinin diaspor qurumları bir arada

Tədbirdən xatirə fotosu

II “INTERNSHIP” (təcrübə) proqramı başlayıb

BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri II “INTERNSHIP” (təcrübə) proqramında iştirak üçün Azərbaycanda səfərdədir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, qonaqlar səfər çərçivəsində Fəxri xiyabanı, Şəhidlər xiyabanını, eləcə də Zəfər parkını ziyarət ediblər: “Fəxri xiyabanda görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları önünə gül dəstələri qoyub, əziz xatirələrini ehtiramla anıblar. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər. Zəfər parkını ziyarət edən qonaqlar xatirə daşının önünə gül dəstələri düzüblər”.

Məlumatda deyilir ki, daha sonra Diasporla İş üzrə Dövlət Komitəsində təcrübə proqramının açılış tədbiri keçirilib: “Komitə sədrinin birinci müavini Valeh Hacıyev tədbiri giriş nitqi ilə qonaqları salamlayıb.Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diaspor siyasəti, TDT-nin yaranması və Komitə haqqında məlumat verib, tədbirin keçirilməsinin qurumlar arasında əməkdaşlığın genişləndirilməsindəki əhəmiyyətindən danışıb. Ardınca Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporun Dəstək Fondu fəaliyyətlərindən bəhs edən təqdimatlar nümayiş olunub”.
Məlumata əsasən, Qazaxıstan Respublikasının “Otandastar” Fondunun vitse-prezidenti Alibek Jurkadam, Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar məsələləri Komitəsinin nümayəndəsi Sardor Maxamadiyev, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Birinci katibi Dilşad Şenol,Türkiyənin Xaricdə yaşayan Türklər və Əqraba İcmaları İdarəsinin nümayəndəsi Ömer Seyithanoğlu və Macarıstanın Xaricdəki Macar İcmalarının Tədqiqat İnstitutunun tədqiqatçısı Daniel Gazso çıxış ediblər. Natiqlər ölkələrinin diaspor siyasətindən və görülən işlərdən danışıb,türk dünyasının həmrəyliyi, diaspor əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Təcrübə proqramınıniştirakçıları daha sonra Şuşa və Xankəndiyə yola düşüb.

Mission News Theme by Compete Themes.