Press "Enter" to skip to content

“Türkiye Innovation Week” tədbirində böyük maraq

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – İstanbul Haliç Konqres Mərkəzində keçirilən “Türkiye Innovation Week” (Türkiyə İnnovasiya Həftəsi) ölkənin müxtəlif bölgələrindən universitetləri, texnologiya transfer ofislərini, startapları və innovativ qurumları bir araya gətirib. Bu il süni intellekt mövzusuna həsr olunan tədbirdə elm, biznes, dizayn və yaradıcı sənaye nümayəndələri bir platformada görüşüblər.

Bu barədə Anadolu Universitetinin məlumatında qeyd edilib.

Bildirilib ki, “Anadolu Universiteti öz stendində ziyarətçilərə universitetin innovasiya, yaradıcı sənayelər, süni intellekt və açıq təhsil sahəsindəki qabaqcıl layihələri barədə məlumat verib. Universitetin stendində ARİNKOM Texnologiya Transfer Ofisi, Yapay Zekâ Akademiyası, Açıqöğretim Fakültəsinin “ikinci universitet” imkanı, Gözəl Sənətlər və Kommunikasiya Fakültələrinin fəaliyyət istiqamətləri, Təhsil Fakültəsinin rəqəmsal transformasiya layihələri, Turizm Fakültəsində aparılan neyroqastronomiya araşdırmaları və EMYO Aşpazlıq proqramı haqqında geniş məlumat təqdim olunub”.

Məlumata görə, tədbir boyunca ziyarətçilər Anadolu Universitetinin süni intellekti tədris və tətbiq proseslərinə necə inteqrasiya etdiyini yerində müşahidə edib: “Stend akademiklər, tələbələr, sektor nümayəndələri və investorlar tərəfindən böyük maraqla qarşılanıb”.

Mission News Theme by Compete Themes.