Press "Enter" to skip to content

“Türkmən milli irsinin dayağı – Arxadağ” sərgisi

“Türkmən milli irsinin dayağı - Arxadağ” sərgisi

BAYRAQDAR MEDİA – 13-15 oktyabr tarixlərində Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçirilir. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən mədəniyyət günlərinin zəngin proqramı var. Oktyabrın 13-də Heydər Əliyev Mərkəzində “Türkmən milli irsinin dayağı – Arxadağ” adlı sərginin açılışı olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “tədbirdə mədəniyyət naziri Adil Kərimli, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, millət vəkilləri, diplomatik korpusun nümayəndələri, iki ölkənin mədəniyyət, elm xadimləri və digər qonaqlar iştirak ediblər. Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, N.Şirimov və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafından danışıblar. Türkmənistan Mədəniyyəti Günlərinin iki ölkə arasında mədəni münasibətlərin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb”.

Daha sonra xəbərdə, “sərgi ilə tanışlıq zamanı məlumat verilib ki, sərgidə türkmən xalqının kişi və qadın milli geyimləri, xalça, palaz kimi toxuculuq və dekorativ-tətbiqi sənət nümunələri təqdim olunur. Ekspozisiyada həmçinin qardaş xalqın tarixi şəxsiyyətlərinin, eləcə də qədim mədəniyyət abidələri və müasir inkişafını əks etdirən fotolar nümayiş etdirilir” deyə qeyd olunur.

Mission News Theme by Compete Themes.