Press "Enter" to skip to content

Vətən müharibəsi iştirakçılarının tələbələrlə görüşü

Vətən müharibəsi iştirakçılarının tələbələrlə görüşü

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə Vətən müharibəsi iştirakçıları, SXA-nın əməkdaşları, eləcə də Universitetin müəllim-tələbə kollektivi iştirak edib. Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilən görüşdə əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib”.

Qəhrəman döyüşçülər Möhtəşəm Zəfərdə yer aldıqları döyüşlərdən, xatirələrindən danışıblar, Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlara diqqət çəkiblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mission News Theme by Compete Themes.