BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında görüş olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “onlayn formatda keçirilən görüşdə iki ölkə arasında qida məhsullarının idxal-ixracı sahəsində mövcud vəziyyət nəzərdən keçirilib. Görüşdə məhsulların idxalı zamanı aparılan laborator müayinələrdə tətbiq olunan metodlar, nümunəgötürmə və tədqiqat üsulları diqqətə çatdırılıb”.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.





