BAYRAQDAR MEDİA – ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 18 oktyabrda Bakı-Ağstafa, 19 oktyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya ADY-dən məlumat verilib.
Bildirilib ki, “eyni zamanda, 29 sentyabrdan fəaliyyətdə olan həftəiçi Bakı–Ağstafa–Bakı əlavə reysləri və gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə səfər edə bilərsiniz. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar”.





