Press "Enter" to skip to content

“Birlik – 2025” birgə təliminin açılış mərasimi

Açılış mərasimi

BAYRAQDAR MEDİA – Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan hərbçilərinin iştirakı ilə reallaşan “Birlik – 2025” birgə regional təliminin oktyabrın 14-də açılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, tədbirin rəsmi hissəsində iştirakçı ölkələrin Dövlət himnləri səsləndirilib: “Mərasimdə çıxış edənlər bu cür birgə təlimlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından vacibliyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar”.

Sonra tədbir iştirakçılarına konsert proqramı təqdim edilib, özbək və digər xalqların milli mahnıları ifa olunub.

Sonda təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

Mission News Theme by Compete Themes.