BAYRAQDAR MEDİA – Bilecik Şeyh Edebali Universitetinin (BŞEÜ) akademikləri İnegöl Bələdiyyəsinin təşkil etdiyi və şəhərin keçmişi, bu günü və gələcəyinin elmi baxımdan müzakirə edildiyi beynəlxalq İnegöl Araşdırmaları Simpoziumunda iştirak ediblər.
Bu barədə univeristetdən məlumat verilib.
Məlumata görə, Bilecikdəki “Kayıp Çadırlı qalası”nı tapan tarixçilər-professor Refik Arıkan, doktor Mehmet Can Çetin və doktorant Hamiye Bilgili Çetin də simpoziumda məruzələrlə çıxış ediblər.
Tədbirdə Bilecik Ertuğrul Ocağı Dərnəyi nümayəndələri də iştirak edərək, bu cür simpoziumların Bilecikdə də təşkil olunmasının vacibliyini vurğulayıblar.





