Press "Enter" to skip to content

Energetika Nazirliyinə və tabeli qurumlara 8 mindən çox müraciət

Energetika Nazirliyinə və tabeli qurumlara 8 mindən çox müraciət

BAYRAQDAR MEDİA – Cari ilin doqquz ayı ərzində Energetika Nazirliyi (EN) və tabeli qurumlara ümumilikdə 8 min 519 vətəndaş müraciəti daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “müraciətlərdən 1 min 339-u məlumat, 7 min 180-i isə icra xarakterli olub. Bunlardan 6 min 835-i müvafiq qaydada icra edilib, 1 min 684 müraciət isə icradadır. Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik veriliş xəttinin mühafizə zonasının pozulması və kabelləşmə, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələr və digər mövzuları əhatə edib”.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 431 vətəndaş qəbul edilib və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Mission News Theme by Compete Themes.