Press "Enter" to skip to content

Federasiya dəftəri bağlandı

Tarixi qərarın qəbul olunduğu an

Kuzey Kıbrısdan tarixi qərar

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) daha bir tarixi addım atıb. Oktaybrən 14-də “Kıbırs Probleminə İki Dövlətli Həll Mövzusunda Qərar Təklifi” Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Cumhuriyyət Məclisində səs çoxluğu ilə qəbul olunub.

Millət vəkili ayağa qalxaraq və əl qaldırarar bu tarixi qərarı qəbul ediblər

Ulusal Birlik Partiyası (UBP) qrupundan bir sıra deputatlar, Demokrat Partiyadan (DP) millət vəkilləri, Yenidən Doğuş Partiyasının (YDP) sədri Erhan Arıklı və Lefkoşa müstəqil millət vəkili Hasan Tosunoğlu tərəfindən təqdim edilən sənəd keçirilən fövqəladə iclasda müzakirə olunaraq səsə qoyulub.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

Məlumata görə, UBP genel başqanı və Baş nazir Ünal Üstelin təklifi ilə millət vəkili ayağa qalxaraq və əl qaldırarar bu tarixi qərarı qəbul ediblər.

Tahsin Ertuğruloğlu: Bu, əslində, KKTC-nin varlığının deputatlar tərəfindən qəbul edilib-edilməməsi ilə bağlı məsələdir

Məlumata görə, iclasda çıxış edən xarici işlər naziri Tahsin Ertuğruloğlu “Kıbrıs Probleminə İki Dövlətli Həll” sənədinin, əslində, KKTC-nin varlığının deputatlar tərəfindən qəbul edilib-edilməməsi ilə bağlı məsələ olduğunu vurğulayıb: “Nazir kimi əsas vəzifəsinin bu dövlətin varlığını möhkəmləndirmək və daimi etmək olduğunu qeyd edən T.Ertuğruloğlu, Kıbrıs məsələsinə populist yanaşmanın yanlış olduğunu deyib. O, seçkiqabağı aparılan təbliğatın müxalifətçi namizəd Tufan Erhürmana yaraşmadığını bildirərək, sözügeədn şəxsin “iki dövlətli həllin həllsizlik demək olduğu” fikrinin ciddi şəkildə təhlil edilməli olduğunu qeyd edib”.
Məlumata əsasən, nazir, gündəmdəki qərar təklifini dəstəkləməyənlərin yanlış yolda olduğunu bildirib və bu təklifin Məclisdə yekdilliklə qəbul edilməsini arzuladığını vurğulayıb.

Ünal Üstel: Biz bu tarixi qərarı qəbul etməkdə artıq gecikmişik

Müzakirələr tamamlandıqdan sonra qərar təklifi üzrə səsvermə mərhələsinə keçilib. İki dövlətli həll siyasətinin Cümhurbaşqanı Ersin Tatar dövründə gündəmə gəldiyini xatırladan baş nazir Ünal Üstel, məhz E.Tatarın bu siyasəti beynəlxalq platformalarda masaya gətirdiyini bildirib. O, Azərbaycan da daxil olmaqla bir çox ölkənin KKTC ilə əlaqələrə qapı açdığını, Türk Dövlətləri Təşkilatının son toplantısına E.Tatarın KKTC Prezidenti kimi qatıldığını vurğulayıb.

29 millət vəkilinin imzası ilə bu tarixi qərarın gündəmə gətirildiyini bildirən Ü.Üstel, bundan sonra KKTC-nin tanıdılması üçün Türkiyə ilə birlikdə çalışacaqlarını deyib. Rum tərəfinin düşüncə tərzinin dəyişmədiyini qeyd edən Ü.Üstel, “Biz bu tarixi qərarı qəbul etməkdə artıq gecikmişik,” deyib.

Baş nazirin çıxışından sonra qərar təklifi üçüncü oxunuşda səsə qoyulub və deputatların ayağa qalxaraq əl qaldırmaqla dəstəklədiyi təklif çoxluq səsi ilə qəbul edilib.

Mission News Theme by Compete Themes.