Press "Enter" to skip to content

İstedadlı uşaqlar üçün yeni mərkəz

Anadolu Universiteti

BAYRAQDAR MEDİA – Anadolu Universitetinin elmi yaradıcılıq, yenilikçi təhsil və cəmiyyətə xidmət vizyonunun təzahürü olaraq, istedadlı fərdlərin inkişafına öncülük edən İstedadlılar Tətbiq və Tədqiqat Mərkəzinin yeni binası istifadəyə verilib.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, açılış mərasimində Anadolu Universitetinin rektoru Prof. Dr. Yusuf Adıgüzel, rektor müavinləri Prof. Dr. Yusuf Özkay və Prof. Dr. Erkan Erdemir, Təhsil fakültəsinin dekan əvəzi Prof. Dr. İbrahim Halil Diken, ÜYEP Mərkəzinin müdiri Prof. Dr. Fatih Karabacak və digər senat üzvləri iştirak ediblər.

Rektor Y.Adıgüzel çıxışında ÜYEP-in əhəmiyyətindən danışaraq deyib: “İstedadlı uşaqlarla bağlı aparılan işləri yaxından izləyirəm. Müəllimlərimiz bu proses üçün çox çalışıblar. Biz rəhbərlik olaraq təhsilə edilən hər bir investisiyanı dəstəkləyirik. Əsas məqsədimiz keyfiyyətli təhsil, yaxşı tələbə və onları yetişdirən yaxşı müəllimlərdir. Ayrı-seçkilik etmədən təhsil vermək bizim üçün çox dəyərlidir. Buradan çıxacaq elmi işlər ədəbiyyata mühüm töhfələr verəcək.”

Açılış mərasimi lentkəsmə ilə davam edib, daha sonra iştirakçılar yeni mərkəzlə tanış olublar.

Mission News Theme by Compete Themes.