BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Sumqayıt şəhəri, Cəlilabad və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “qəbulda qaz təchizatı, qaz sayğacının quraşdırılması, elektrik enerjisi təchizatı, transformatorun yenilənməsi və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib”.
Qeyd edək ki, EN tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.





