Press "Enter" to skip to content

Seçkiqabağı etiraz qəbul olunub

Tufan Erhürman və Ersin Tatarın qarşı-qarşıya gələcəyi proqram ləğv edilib

BAYRAQDAR MEDİA – KKTC-də prezident seçkiləri ərəfəsində Tufan Erhürman və Ersin Tatarın üz-üzə gələcəyi debat proqramı ləğv olunub.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

Məlumata görə, oktyabrən 17-də saat 18:00-da BRT kanalında yayımlanması planlaşdırılan xüsusi proqramda prezidentliyə namizədlərin debat aparması gözlənilirdi: “Lakin Yüksək Seçki Qurulu (YSK) proqramı ləğv edib. Kıbrıs Sosialist Partiyası (KSP) və müstəqil namizəd Mehmet Hasgüler, proqramın “bərabər imkan prinsipini pozduğu” iddiası ilə YSK-ya müraciət ediblər. YSK müraciəti nəzərdən keçirdikdən sonra proqramın ləğvinə qərar verib”.

Mission News Theme by Compete Themes.