Press "Enter" to skip to content

Yaşılay Kars Şöbəsindən Qafqaz Universitetinə ziyarət

Ziyarət zamanı

BAYRAQDAR MEDİA – Yaşılay Kars Şöbəsi şəhərdəki maarifləndirici səfərlərinə davam edir. Şöbənin sədri Gamze İlgar və idarə heyətinin üzvləri Qafqaz Universiteti Dədə Qorqud Təhsil Fakültəsinin kafedra müdiri professor Halil İbrahim Kaya ilə görüş keçiriblər.

Bu barədə univeristetdən məlumat veirlib.

Məlumata görə, görüş zamanı Yaşılayın fəaliyyəti və Yaşılay Məsləhət Mərkəzi (YEDAM) haqqında ətraflı məlumat verilib: “Tərəflər asılılıqlarla mübarizə istiqamətində həyata keçirilə biləcək birgə layihələri və əməkdaşlıq imkanlarını müzakirə ediblər. Gamze İlgar gənclərə çatmaq üçün universitetlərlə qurulan əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayaraq, ictimai maarifləndirmə və fərqindəliyin artırılması istiqamətində işlərini davam etdirəcəklərini bildirib”.

Məlumata əsasən, professor Halil İbrahim Kaya isə ziyarətdən məmnunluğunu ifadə edərək, universitetin ictimai fayda daşıyan bütün təşəbbüslərə dəstək verməyə hazır olduğunu qeyd edib.

Mission News Theme by Compete Themes.