BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə…” layihəsinin yeni dərs ilində ilk görüşü oktyabrın 16-da paytaxtdakı 21 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya İdarənin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “layihənin budəfəki qonağı Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli olacaq. Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, təhsil islahatlarının cəmiyyətin inkişafına təsirləri, müəllim-şagird münasibətləri, asudə vaxtın düzgün təşkil olunması və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək. Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır”.





