BAYRAQDAR MEDİA – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 145 illik yubileyinə həsr olunmuş xüsusi qısa film təqdim edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya ADY-dən məlumat verilib.
Məlumata görə, filmdə aktyor Pərviz Fəxrəddin Bakı Dəmiryol Vağzalında yerləşən heykəlin obrazını canlandırıb: “Ekran işində həm dəmir yolunun 145 illik tarixi inkişaf mərhələləri, həm də müasir infrastruktur layihələri əks olunub. Filmdə xüsusilə Horadiz-Ağbənd dəmiryolunun tikintisi, 32 il sonra Ağdama ilk qatar reysinin təşkil olunması və ADY-nin son illərdə həyata keçirdiyi yeniliklər – yeni lokomotiv parkı, rəqəmsal idarəetmə sistemi və qurumun beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu da nümayiş etdirilib”.





