Press "Enter" to skip to content

BDYPİ: Sükan arxasında telefondan istifadə

BDYPİ: Sükan arxasında telefondan istifadə - faciəyə aparan yolun başlanğıcı

BAYRAQDAR MEDİA – Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bir daha sürücülərin diqqətinə çatdırıb ki, sükan arxasında mobil telefondan istifadə ən təhlükəli vərdişlərdən biridir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDYPİ-dən daxil olub.

Xəbərdə deyilir ki, “bu, sadəcə qayda pozuntusu deyil, məsuliyyətsizlik və həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmaq deməkdir. Mobil telefondan istifadə zamanı yaranan əsas təhlükələr: Diqqətin yayınması: Telefona baxan sürücü yolda baş verənləri vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat vasitələrini nəzərdən qaçırır. Reaksiyanın gecikməsi: Telefonla məşğul olan sürücünün reaksiyası 2–3 dəfə ləngiyir, bu isə qəfil əyləc və manevr imkanlarını azaldır. Nəzarətin itməsi: Telefona diqqət yönəldən sürücü hərəkət zolağından çıxır, təhlükəli manevrlər edir və məsafəni düzgün dəyərləndirə bilmir”.

BDYPİ vurğulayıb ki, heç bir zəng və ya mesaj insan həyatından daha önəmli ola bilməz. Sükan arxasında məsuliyyətli davranış təkcə sürücünün özünü deyil, yolda olan hər bir şəxsi təhlükədən qoruyur.

Mission News Theme by Compete Themes.