Press "Enter" to skip to content

“Boston Consulting Group”un regional direktoru ilə görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Boston Consulting Group”un (BCG) İdarəedici direktor və Baş partnyoru, eləcə də BCG-nin Avropa, Yaxın Şərq, Cənubi Amerika və Afrika üzrə rəhbəri Matias Tauber ilə görüş keçirib.

Bu barədə AzerGold” QSC-dən məlumat verilib.

Bildirilib ki, “Zakir İbrahimov Cəmiyyətin fəaliyyət istiqamətləri, son illərdə əldə olunan əsas nəticələr və qarşıya qoyulan strateji məqsədlər barədə ətraflı məlumat verib. O, “AzerGold” QSC ilə BCG arasında həyata keçirilən birgə layihələrin nəticələrinin, beynəlxalq ekspertlərin iştirakı ilə aparılan təhlil və qiymətləndirmələrin şirkətin fəaliyyətinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyini vurğulayıb. İdarə Heyətinin sədri, həmçinin “AzerGold”un əməliyyatlarının yerli qanunvericiliyə və beynəlxalq ekoloji standartlara uyğun şəkildə təşkil edilməsi, müasir texnologiyaların tətbiqi və istehsalatın qlobal bazar çağırışlarına uyğunlaşdırılması istiqamətində görülən tədbirlər barədə danışıb”.

Mission News Theme by Compete Themes.