BAYRAQDAR MEDİA – Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Türkiyənin Kars vilayətində üçtərəfli “Eternity-2025” kompüter dəstəkli komanda qərargah təlimi keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, kompüter dəstəkli və praktiki olmaqla iki mərhələdə icra ediləcək təlim 3 ölkənin ərazisindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiə ssenarisi üzərində qurulub: “Qeyd edək ki, ölkəmizdən Azərbaycan Ordusunun hərbi qulluqçularının və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının iştirak etdiyi birgə komanda qərargah təlimi 24 oktyabr tarixinədək davam edəcək”.





