BAYRAQDAR MEDİA – Oktyabrın 15-də Bolqarıstanda parlament iclası baş tutmayıb. Xalq Məclisinin sədri Nataliya Kiselova bildirib ki, növbəti iclas sabah saat 09:00-da keçiriləcək.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Məlumata görə, ümumi iclas zalında kvorumun təmin olunması üçün edilən ilk və yeganə cəhd zamanı tələb olunan 121 deputatdan yalnız 61-i qeydiyyatdan keçib: “Parlamentin fəaliyyətinin dayandırılmasına GERB Partiyasının lideri Boyko Borisovun parlament çoxluğunun yenidən formalaşdırılmasını tələb etməsi və GERB deputatlarının artıq kvorumu təmin edə bilməyəcəkləri barədə verdiyi açıqlama səbəb olub. Müxalif MEÇ, “Vızrajdane” və “Veliçie” partiyaları dərhal hökumətin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər”.
Məlumatda deyilir ki, BSP isə GERB-in təkliflərini Birgə İdarəetmə Şurasına təqdim etməyi təklif edib və çoxluğun dağılmasının iqtisadi və sosial nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.





