Press "Enter" to skip to content

Pedaqoji Universitetdə daha bir mərasim

Açılış zamanı

Ali təhsil ocağının 3 saylı tədris korpusunda oxu zalının və kitab sərgisinin açılışı olub

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşəbbüsü ilə ali təhsil ocağının 3 saylı tədris korpusunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində yaradılmış oxu zalının və kitab sərgisinin açılışı olub.

Bu barədə ali təhsil ocağından məlumat verilib.

Xatirə fotosu
Xatirə fotosu

Məlumata görə, mərasimdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, müəllimlər və tələbələr iştirak ediblər: “ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqları salamlayaraq kitabın bilik mənbəyi kimi insan həyatında mühüm rol oynadığını vurğulayıb. Cəfər Cəfərov bu cür təşəbbüslərin tələbələr arasında kitab oxuma vərdişlərini daha da gücləndirəcəyini qeyd edib”.

Məlumatda deyilir ki, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov dünya üzrə kitab oxuma statistikalarına toxunaraq, inkişaf etmiş ölkələrdə mütaliəyə xüsusi önəm verildiyini bildirib: “O, kitab oxuma səviyyəsinin cəmiyyətin intellektual potensialını artırdığını və elmi-texniki inkişafın əsas təməllərindən biri olduğunu vurğulayıb. Qeyd edək ki, sərgidə universitetin professor-müəllim heyətinin son illərdə nəşr etdirdiyi kitablar, müstəqillik dövrü, o cümlədən 44 günlük Vətən müharibəsindən bəhs edən materiallar, ADPU -nun dörvi-elmi nəşrləri nümayiş etdirilir. Kiitabxana isə yenidən bərpa olunaraq elmi və bədii nəşrlərlə zənginləşdirilib. Tələbələrin ixtiyarına verilən oxu zalında onların sakit və rahat mühitdə kitab, dövri mətbuat və digər materialları oxuması üçün bütün şərait yaradılıb”.

Mission News Theme by Compete Themes.