BAYRAQDAR MEDİA – Ardahan Universiteti ilə Ardahan Əmək və İş Təşkilatı İl Müdirliyi (İŞKUR) arasında universitet tələbələrinin iş həyatında təcrübə qazanması məqsədilə “İŞKUR Gənclik Proqramı” çərçivəsində əməkdaşlıq protokolu imzalanıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, “protokol rektor professor Öztürk Emiroğlu və İŞKUR müdiri Ahmet Sonkaya tərəfindən imzalanıb. Sazişə əsasən, 359 tələbə proqramdan faydalana biləcək. Tələbələr maraq və bacarıqlarına uyğun sahələrdə həftədə ən çox üç gün işləmək imkanı əldə edəcəklər. Proqrama qəbul ediləcək tələbələr notarius nəzarəti altında keçiriləcək püşkatma ilə müəyyən ediləcək”.





