Press "Enter" to skip to content

Türkmənistan Mədəniyyəti Günləri Gəncədə konsert proqramı ilə yekunlaşıb

Türkmənistan Mədəniyyəti Günləri Gəncədə konsert proqramı ilə yekunlaşıb

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində Azərbaycanda keçirilən Türkmənistan Mədəniyyəti Günləri Gəncə şəhərində geniş konsert proqramı ilə başa çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “oktyabrın 15-də F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunan konserti idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və sənətsevərlər izləyiblər. Qardaş ölkənin tanınmış ifaçı və kollektivlərinin təqdim etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb. Xalq artistləri GülyazGülyanaq Məmmədova bacıları türkmən həmkarları ilə bir səhnəni bölüşüb, iki xalqın dostluğunu tərənnüm edən mahnılar səsləndiriblər”.

Konsert proqramı Nizami yurdunun – qədim Gəncə elinin musiqisevərlərinə unudulmaz anlar yaşadıb.

Bununla da üç gün davam edən Türkmənistan Mədəniyyət Günləri yekunlaşıb.

Mission News Theme by Compete Themes.