BAYRAQDAR MEDİA – Pamukkale Universitetinin (PAÜ) rektoru professor Mahmud Güngör, Denizli İl Milli Təhsil Müdiri doktor Emre Çalışkan və Denizli Sənaye Palatasının (DSO) sədri Selim Kasapoğlu arasında əməkdaşlıq protokolu imzalanıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, “protokol çərçivəsində “Denizli mərmər və traverten sektorunda əməyin mühafizəsini inkişaf etdirməyə yönəlmiş innovativ yanaşmalar və yerli əməkdaşlıq layihəsi” həyata keçiriləcək. Bu layihə çərçivəsində yaradılan VR/AR virtual reallıq əsaslı təhlükəsizlik təlim stansiyalarından Honaz Peşə Yüksək Məktəbinin tələbələri də yararlanacaqlar”.
Məlumata əsasən, layihənin məqsədi təhsil, sənaye və dövlət qurumları arasında qarşılıqlı əlaqəni gücləndirmək və əməyin təhlükəsizliyi sahəsində yenilikçi təcrübələrin tətbiqini genişləndirməkdir.





