BAYRAQDAR MEDİA – Süleyman Demirəl Universiteti (SDÜ) tərəfindən həyata keçirilən “SDÜ mənim məhəlləmdə, məhəlləm SDÜ-də” layihəsi İspartanın bütün məhəllə mühtarlarının iştirakı ilə təqdim olunub.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, SDÜ Qonaqevində keçirilən tədbirdə prorektorlar professor Mehmet Gençtürk və professor Nihat Ayyıldız, eləcə də İsparta Muhtarlar Dərnəyinin sədri, Keçeci məhəlləsinin muxtarı Gökhan Büyükleblebi iştirak ediblər.
Prof. M.Gençtürk çıxışında bildirib: “Bu görüşdə muxtarlarımızın fikir və təkliflərini dinləyərək universitetlə yerli idarəçilik arasındakı əlaqələri daha da gücləndirməyi, onların təklifləri əsasında birgə layihələr həyata keçirməyi planlaşdırırıq.”
Gökhan Büyükleblebi isə qeyd edib ki, bu layihə uğurla həyata keçirilərsə, onun Türkiyə üzrə genişlənməsinə çalışacaqlar.





