Press "Enter" to skip to content

Yeddi yüzə yaxın tələbə üçün yeni imkan

Bilecik Şeyx Edebali Universiteti

BAYRAQDAR MEDİA – Bilecik Şeyh Edebali Universiteti ilə İŞKUR İl Müdirliyi arasında universitet tələbələrinin təhsil aldıqları müddətdə iş təcrübəsi qazanmasını hədəfləyən “İŞKUR Gənclik Proqramı” üzrə protokol imzalanıb.

Bu barədə univeristetdən məlumat verilib.

Məlumata görə, rektorluqda keçirilən mərasimində Bilecik Şeyh Edebali Universitetinin rektoru, professor Zafer Asım Kaplancıklı və İŞKUR İl müdiri Üzeyir Yıldırım sənədi imzalayıblar: “Protokol çərçivəsində 677 tələbə proqramdan yararlanacaq və təhsillərinə mane olmadan iş təcrübəsi qazanmaq imkanı əldə edəcək. Dövlət universitetləri ilə əməkdaşlıq əsasında İŞKUR tərəfindən həyata keçirilən proqram gənclərə iş axtarma bacarıqları, maliyyə savadlılığı, CV hazırlanması və müsahibə texnikaları kimi sahələrdə təlimlər təqdim etməklə yanaşı, gəlir əldə etmək imkanı da yaradır”.

Məlumata görə, proqram hər universitetdə yalnız həmin təhsil müəssisəsinin tələbələri üçün nəzərdə tutulub və həftədə ən çox üç gün keçiriləcək: “Bu sayədə tələbələr dərslərindən geri qalmadan həm oxuyacaq, həm də işləyə biləcəklər. Proqrama qoşulan tələbələrə gündəlik 1.083 TL ödəniş veriləcək. Beləliklə, ay ərzində 5 gün iştirak edən tələbə təxminən 5.415 TL, 14 gün iştirak edən isə 15.162 TL qazanacaq. Bundan əlavə, proqram müddətində tələbələrin qısamüddətli sığorta haqları da İŞKUR tərəfindən ödəniləcək”.

Mission News Theme by Compete Themes.