Press "Enter" to skip to content

Yeni qadağa təklifi

Sofiya

BAYRAQDAR MEDİA– Bolqarıstanın təhsil və elm Naziri Krasimir Vılçev Silistrada jurnalistlərə açıqlamasında 15 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrdən istifadənin qadağan edilməsinin ictimai müzakirəyə çıxarılmasını təklif edib.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Məlumata görə, bTV-yə danışan Vılçev bildirib ki, ekran qarşısında uzun müddət qalmağın zərərli təsirləri var və getdikcə daha çox ölkə sosial şəbəkələrə məhdudiyyətlər qoymağa başlayır: “Nazirin sözlərinə görə, sosial şəbəkələrin zərərli təsirləri beynin konsentrasiya, tənqidi düşünmə və planlaşdırma kimi əsas bacarıqlarla əlaqəli ön pay sahəsinin inkişafını əngəlləyir. “Araşdırmalara görə, bu zərərin təsiri alkoqol asılılığından beş dəfə artıqdır,” – deyə o qeyd edib”.

Mission News Theme by Compete Themes.