Press "Enter" to skip to content

Zərərvericiyə qarşı maarifləndirmə davam edir

Zərərvericiyə qarşı maarifləndirmə davam edir

BAYRAQDAR MEDİA – Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planının icrası çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsinin əməkdaşları Zaqatala və Balakən rayonlarında sakinlərlə növbəti maarifləndirici görüşlər keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşlər zamanı payız-qış mövsümündə zərərvericiyə qarşı aparılacaq mexaniki mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Zərərverici ilə mübarizədə mexaniki üsullardan geniş istifadə edildiyi qeyd olunur. Bununla yanaşı, Mazımçay sərhəd-keçid məntəqəsində nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrinin dezinseksiya edilməsinin zərərvericinin uzaq məsafələrə yayılmasının qarşısının alınmasında mühüm rol oynadığı vurğulanıb”.

Mission News Theme by Compete Themes.