BAYRAQDAR MEDİA – Karsdakı su hövzələri köçəri quşların məskəninə çevrilib. Ərazidə yerləşən bu bataqlıq və göl sistemləri quşlar üçün həm qidalanma, həm də dincəlmə dayanacağı kimi mühüm əhəmiyyət daşıyır.
Bu barədə Qafqaz Universitetindən məlumat verilib.
Bildirilib ki, “payızdan qışa keçid dövründə Qars üzərindən köç edən quşlar, miqrasiya yolları üzərində yerləşən bu su sahələrində dayanır. Türkiyədəki 468 quş növünün 160-ını özündə cəmləşdirən və ölkənin quş növləri baxımından ikinci ən zəngin kampusu olan Qafqaz Universitetinin Su Hövzəsində son günlərdə qağayılar məskunlaşıb. Su quşlarının toplandığı bu ərazidə quşlar həm qidalanır, həm də köçdən əvvəl istirahət imkanı tapır”.





